Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 09 Jan 2026 17:12
Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “RBK-Ukraina”ya açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, səfər ABŞ tərəfindən müvafiq siyasi siqnal verildiyi təqdirdə baş tuta bilər.
“Prezident də, nümayəndə heyəti də ABŞ-a yola düşməyə və Ukrayna üçün ədalətli sülhün maksimum dərəcədə yaxınlaşması naminə prosesi sürətləndirməyə hazırdır”, – Sibiqa vurğulayıb.
O qeyd edib ki, hazırda bir sıra istiqamətlər üzrə irəliləyiş əldə olunub. Bunlara sənədlərin məzmununun razılaşdırılması, onların hüquqi mahiyyətinin anlaşılması, eləcə də yekunlaşdırma üçün addımların ardıcıllığı daxildir.
İlqar Xudiyev Zelenski ABŞ səfəri sülh planı Sibiqa