Mirzoyan ABŞ səfiri ilə TRIPP-in icrası istiqamətində görülən işləri müzakirə edib

Tarix: 09 Jan 2026 19:04

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan diplomatik missiyasının başa çatması ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvini qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər qeyd ediblər ki, son illərdə Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın yaradılması və onun davamlı inkişafı mümkün olub.

Eyni zamanda, TRIPP-in həyata keçirilməsi istiqamətində atılan addımlara toxunulub, təşəbbüsün regional qarşılıqlı əlaqə və davamlı inkişafın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

ABŞ Ermənistan Ararat Mirzoyan Kristina Kvini XİN TRIPP

Xəbər Lenti