Tbilisidə ticarət mərkəzində yanğın baş verib

Tarix: 09 Jan 2026 21:21

Tbilisidə yerləşən “Kidobani” ticarət mərkəzində yanğın baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın mərkəzin üçüncü mərtəbəsindəki mağazalardan birində başlayıb.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Cəmilə Babayeva

Xəbər Lenti