Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 21:53
Tbilisidəki “Kidobani” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, restoran zonasına aid 300 kvadrat metrlik sahə yanıb.
Mqebrişvili qeyd edib ki, yanğının söndürülməsinə 17 yanğınsöndürən texnika cəlb olunub və binadan 20-yə yaxın şəxs təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
21:21
Tbilisidə yerləşən “Kidobani” ticarət mərkəzində yanğın baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, yanğın mərkəzin üçüncü mərtəbəsindəki mağazalardan birində başlayıb.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Cəmilə Babayeva