Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 22:54
“Hələbdə vahid dövlət qurumları vasitəsilə xidmət dövrü başlayacaq”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan səsləndirib.
Nazir Suriyada antiterror əməliyyatlarının qaçılmaz olduğunu və prosesin yaxın zamanda başa çatacağına ümid etdiyini bildirib.
“Müvafiq qurumlarımız, kəşfiyyatımız, diplomatlarımız və hərbçilərimiz bu mövzunu qarşı tərəflərlə müzakirə edirlər. SDG-yə və suriyalılara bu mesajlar çatdırılır. Lakin təəssüf ki, əvvəldən də gördüyümüz kimi, burada hər hansı bir dəyişiklik baş vermədi və bu gün Hələbdən başlayan prosesi artıq yaşayırıq. Ümid edirəm ki, bu proses yaxın zamanda başa çatacaq, oradakı paralel struktur aradan qalxacaq və Hələbdə hansı millətə aid olmasından asılı olmayaraq bütün vətəndaşlara vahid dövlət qurumları vasitəsilə xidmət göstərən tək bir dövlət mövcud olacaq. Olmalı olan da məhz budur”, – Hakan Fidan qeyd edib.
Dəryanur Cəfərova