ABŞ nümayəndə heyəti diplomatik nümayəndəlikləri bərpa etmək üçün Venesuelaya gedir

Tarix: 10 Jan 2026 00:28

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti danışıqlara başlamaq qərarından sonra diplomatik nümayəndəlikləri bərpa etmək üçün Venesuelaya gedir.

APA xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun “Telegram” kanalında dərc olunmuş bəyanatında bildirilib.

"Venesuela hökuməti, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək məqsədilə hər iki ölkədə diplomatik nümayəndəliklərin bərpasına yönəlmiş ABŞ hökuməti ilə diplomatik danışıqlar prosesinə başlamaq qərarına gəlib", bəyanatda deyilir.

Xəbər Lenti