Bakının Ziya Bunyadov prospektində avtomobil yanıb

Tarix: 10 Jan 2026 00:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bunyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BYD” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər Lenti