Tramp: İran böyük bir problem içindədir

Tarix: 10 Jan 2026 02:03

"İran böyük bir problem içindədir. Vəziyyəti çox diqqətlə izləyirik. Mən bu bəyanatı çox qətiyyətlə verdim ki, əgər onlar keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, biz də müdaxilə edəcəyik."

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bu, quru qoşunlarının yeridilməsi demək deyil. Amma onların ən çox ağrılı nöqtələrinə sərt zərbələr endirmək deməkdir”, - Tramp əlavə edib.

Xəbər Lenti