Suriya ordusu Hələbdə SDQ-ya qarşı əməliyyat başladıb

Tarix: 10 Jan 2026 03:11

Suriya ordusu Hələbin Şeyx Maqsud məhəlləsini Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının döyüşçülərindən təmizləmək üçün əməliyyat başladıb.

APA xəbər verir ki, bununla bağlı SANA xəbər agentliyi tərəfindən məlumat verilib.

SDQ döyüşçülərinin könüllü olaraq ərazini tərk etməkdən imtina etikləri bildirilir.

Əməliyyat başa çatdıqdan sonra ərazi keçid hökumətinin təhlükəsizlik qüvvələrinə təhvil veriləcək.

Xəbər Lenti