Ərdoğan Əlcəzairə gedir

Tarix: 21 Nov 2023 08:32

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.

Görüşdə ikitərəfli məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, prezidentlər bundan əvvəl 2020-ci ilin yanvarında görüşüblər.

Xəbər Lenti