Zalujnı 2024-cü il üçün planlarını ABŞ-ın yüksək səviyyəli generalı Braun ilə bölüşüb

Tarix: 16 Jan 2024 03:45

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braun arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Zalujnı Telegram-da məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin baş komandanının sözlərinə görə, o, Braunu döyüş meydanında, eləcə də cəbhənin ayrı-ayrı sektorlarında vəziyyət barədə məlumatlandırıb.

"Mən 2023-cü ildə hərbi əməliyyatların təhlilinin nəticələrini və 2024-cü il üçün proqnozları bölüşdüm. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə birlikdə biz qarşılıqlı strateji maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq", - Zalujnı bildirib.

Xəbər Lenti