Türkiyədə avtobus qəzasında 9 nəfər ölüb, 28 nəfər yaralanıb

Tarix: 16 Jan 2024 07:09

Türkiyənin cənub-şərqində avtobusun digər avtobusa çırpılması nəticəsində azı 9 nəfər ölüb, daha 28 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

“Antalyadan Mersinə gedən sərnişin avtobusu Aydıncık rayonunda Sarıyer tunelinin çıxışında naməlum səbəbdən maneələrə çırpılıb və aşıb. İlkin məlumata görə, qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb”, - məlumatda deyilir.

Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

Xəbər Lenti