Müxalifət lideri Maçado Venesuela hakimiyyətində təmsil oluna bilər

Tarix: 10 Jan 2026 06:59

Müxalifət lideri, sabiq deputat Mariya Korina Maçado Venesuelanın yeni hökumətinin tərkibinə daxil edilə bilər.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Yaxşı, mən onunla danışmalıyam. Mən onunla danışacağam. O, bunun hansısa aspektində iştirak edə bilər. Mən onunla danışmalıyam", - Tramp deyib.

O, Maçadonun 13 və ya 14 yanvarda Vaşinqtona səfər edəcəyinin gözlənildiyini də deyib.

Xəbər Lenti