, 11 Yanvar, 2026
Tarix: 10 Jan 2026 10:59
Suriya ordusu Hələbin Şeyx Məqsud bölgəsinin Suriya Demokrtaik Qüvvələrindən tamamilə təmizləyib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya ordusu məlumat yayıb.
Bundan əvvəl SDQ-ə geri çəkilmək təklif olunub.
Qruplaşmanın geri çəkilməməsi səbəbindən Suriya ordusu əməliyyatlara başlayıb.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi Hələbin Suriya Demokratik Qüvvələrinin əlində olan ərazilərində atəşkəs elan edildiyini bəyan edib. Xatırladaq ki, SDQ-yə verilən vaxt artıq başa çatıb. Suriya ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG mövqelərini bombalamağa başlayıb.
Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 21-ə çatıb, 55 nəfər yaralanıb.
100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk edib.
Toğrul Quluzadə Suriya Hələb SDQ Şeyx Məqsud