Məcburi köçkün binalarının taleyi necə olacaq?

Tarix: 16 Jan 2024 11:03

“Sənaye müəssisələrinin yerində inşa edilən şəhərlər var. Bunlara misal olaraq Ağ şəhəri göstərə bilərik. Belə də davam edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Baş planda nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır: “Mərkəzdə yalnız yüngül sənaye sahələri qalacaq. Məcburi köçkünlərin yaşadığı binaların boyük əksəriyyəti qəzalı vəziyyətdədir. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən həmin binalara baxış keçiriləcək. Onların yenidən müvafiq təyinat üzrə tikinti nəzərdə tutula bilər”.

Gülnar Əliyeva

Xəbər Lenti