Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 10 Jan 2026 16:08
İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Məşhəd şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinin 7 əməkdaşını öldürüb.
Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, yüzlərlə insan yaralanıb. Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.
Toğrul Quluzadə İran etirazlar