Cümə axşamı, 26 Mart, 2026
Tarix: 16 Jan 2024 12:04
Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasını təsdiqləyib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, XİN yerli KİV-ə açıqlamasında həlak olan şəxsin ailə üzvləri ilə əlaqədə olduğu bəyan edilib.
“Gürcüstan vətəndaşının həlak olması faktı təsdiqlənib. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi mərhumun ailə üzvləri ilə əlaqədədir”, - məlumatda bildirilib.
***
10:58
Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda mebel sexində baş vermiş partlayışla bağlı bəyanat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Nazirliyin bəyanatında Gürcüstanın Azərbaycandakı səfirliyinin partlayış nəticəsində Gürcüstan vətəndaşının həlak olmasına dair xəbərləri aydınlaşdırdığı qeyd olunub.
“KİV-də yayılan məlumata görə həlak olanlardan biri Gürcüstan vətəndaşıdır. Biz məlumatın aydınlaşdırılması istiqamətində işləyirik”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Gürcüstanın “Mtavari Arxi” telekanalı həlak olanlardan birinin Bolnisinin Naxiduri (Arıxlı) kəndindən olan 35 yaşlı Gürcüstan vətəndaşı Sərrac Yusubov olması barədə məlumat yayıb.