Şamaxıda zəlzələ olub

Tarix: 10 Jan 2026 19:14

Şamaxı rayonunda zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Şamaxı zəlzələ

Xəbər Lenti