Zelenski Rusiyaya qarşı yeni əməliyyatların hazırlandığını açıqlayıb

Tarix: 10 Jan 2026 21:38

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyaya qarşı yeni əməliyyatlar hazırladığını açıqlayıb.

APA xəbər verir ki, Zelenski bu barədə UTX-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara ilə görüşdən sonra məlumat verib.

“Yeni əməliyyatlar da razılaşdırılıb”, – deyə Zelenski “Telegram” kanalında yazıb.

Ukrayna lideri mümkün əməliyyatların detalları barədə əlavə məlumat verməyib.

Xəbər Lenti