KİV: Avropanın ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək cəhdlərinə qarşı strategiyası yoxdur

Tarix: 10 Jan 2026 20:47

Avropa İttifaqı ölkələrinin ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək cəhdlərinin qarşısını almaq üçün formalaşmış strategiyası yoxdur.

APA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa ölkələrinin Qrenlandiya sakinlərinin maliyyə yolu ilə ələ alınmasının və ya muxtar ərazinin Danimarkadan ayrılmağa məcbur edilməsinin qarşısını almaq üçün də strategiyası mövcud deyil.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp istənilən halda üstün mövqeyə malikdir və ya “daha güclü zərbə”, ya da “daha ciddi təhdidlər”lə cavab verə bilər.

Məlumata görə, Avropa siyasi dairələrində cavab tədbirləri də müzakirə olunur. Bu tədbirlər sırasında ABŞ hərbi bazalarının bağlanması və ya Amerika xəzinədarlıq istiqrazlarının alınmasına qadağa qoyulması variantları nəzərdən keçirilir.

Xəbər Lenti