Ağ Ev: Tramp Venesuela neftindən əldə olunan gəlirlərin qorunması üçün fövqəladə vəziyyət rejimi elan edib

Tarix: 11 Jan 2026 00:22

ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan və ABŞ Maliyyə Nazirliyinin hesablarında saxlanılan gəlirlərin qorunması məqsədilə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, Tramp Venesuela neftindən əldə olunan gəlirlərin həbs olunmasının və ya məhkəmə çəkişmələrinin qarşısının alınması üçün fövqəladə vəziyyət rejimi elan edən sərəncam imzalayıb. Qeyd olunub ki, bu addım həmin vəsaitlərin ABŞ-ın xarici siyasət məqsədlərinə uyğun şəkildə qorunub saxlanmasını təmin etməyə yönəlib.

Xəbər Lenti