Siyarto: Britaniya və Fransa Rusiya ilə müharibə riskini artırır

Tarix: 10 Jan 2026 23:56

Böyük Britaniya və Fransa Ukrayna münaqişəsinin davam etdirilməsinə hazırlaş;r və Rusiya ilə müharibə riskini artırır. APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Macarıstan Vətəndaş Birliyi” partiyasının qurultayında səsləndirib.

O xatırladıb ki, daha əvvəl Parisdə Böyük Britaniya və Fransa Ukraynaya öz hərbçilərini göndərməyə hazır olduqlarını bəyan ediblər.

Nazirin sözlərinə görə, bu addım faktiki olaraq Avropanın nüvə dövlətlərinin müharibəyə başladığını göstərir. Siyarto bildirib ki, bu ölkələrin məqsədi müharibə alovunun bütün Avropanı bürüməsidir.

Xəbər Lenti