KİV: İsrail Qəzza zolağında yeni hücum əməliyyatına hazırlaşır

Tarix: 11 Jan 2026 00:55

İsrail ordusu Qəzza zolağında yeni hücum əməliyyatı üçün planlar hazırlayıb.

APA xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Əməliyyatın mart ayında başlaması nəzərdə tutulur. Nəşrə danışan israilli rəsminin sözlərinə görə, hücum Qəzza şəhəri istiqamətində aparılacaq. Əməliyyatın məqsədi anklav daxilində İsrailin nəzarətində olan ərazini mövcud “sarı xətt”dən kənara genişləndirməkdir.

"The Times of Israel"ə açıqlama verən adı açıqlanmayan ərəb ölkəsindən olan diplomat isə bildirib ki, İsrail ABŞ-ın razılığı və dəstəyi olmadan bu əməliyyata başlaya bilməz.

Xəbər Lenti