Qaradağda növbəti qəbul keçirildi - Fotolar

Tarix: 16 Jan 2024 14:56

Yanvarın 16-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 30-a yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Xəbər Lenti