Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırıb

Tarix: 11 Jan 2026 05:51

ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb.

APA xəbər verir ki, bu barədə "The Mail on Sunday" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.

Xəbər Lenti