, 11 Yanvar, 2026
Tarix: 11 Jan 2026 10:33
İranda hökumət əleyhinə etirazlar ərzində ölkəni silkələməsi nəticəsində azı 78 etirazçı öldürülüb, 2 600-dən çox insan isə saxlanılıb.
APA xəbər verir ki, bu barədə CNN beynəlxalq insan haqları təşkilatına istinadən məlumat yayıb.
Aksiya və nümayişlər ağır iqtisadi şəraitin yaratdığı narazılıq fonunda ölkənin bütün əyalətlərini əhatə edərək 180-dən çox şəhərə yayılıb.
Məlumata görə, etirazçılar böyük insan kütlələrinə qarşı qəddar zorakılıqdan danışıblar. Məlumata görə, xəstəxanalarda “cəsədlərin bir-birinin üzərinə yığıldıb”. İranlı həkimin məlumatına görə, xəstəxanalar “son dərəcə xaotik vəziyyətdədir” və xəstələr hakimiyyətin sərt tədbirləri fonunda kimliklərinin müəyyən edilməsindən qorxurlar.
Müşahidəçi qurumun məlumatına görə, rəsmi qurumlar tərəfindən tətbiq edilən internet kəsintisi hələ də davam edir, lakin Tehranda yaşayan sakinlər qeyd edib ki, bu addım etirazları dayandıra bilməyib.
İran etirazlar hökumət əleyhinə aksiyalar insan haqları internet kəsintisi iqtisadi böhran Ayətullah Əli Xamenei Marko Rubio CNN Yaxın Şərq