İran səfiri Ermənistanın eks-prezidenti ilə regional təhlükəsizliyi müzakirə edib

Tarix: 16 Jan 2024 18:10

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan və İranın ölkədəki səfiri Mehdi Sobhani görüşüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidentinin mətbuat katibi deyib.

“Ermənistan-İran münasibətləri və regionda təhlükəsizlik məsələləri müzakirə edilib. Mədəni əlaqələrin inkişafı, iqtisadi əməkdaşlıq, fasiləsiz nəqliyyat əlaqələrinin təmin edilməsi də diqqət mərkəzində olub”, - açıqlamada deyilir.

İran səfiri ilə görüş eks-prezidentin malikanəsində baş tutub.

Xəbər Lenti