Oğuzda baş verən yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Tarix: 11 Jan 2026 16:35

Oğuzda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı üç nəfər xəsarət alıb. “KİA”da olanlar Oğuz rayon sakinləri 1967-ci il təvəllüdlü İlqar Səfər oğlu Abışov və 1978-ci il təvəllüdlü Mətanət İkram qızı Ustakişiyeva.

“Mercedes Vito”nun sürücüsü Ayxan Qəzənfər oğlu Nəsibovdu.

***

15:45

Oğuz rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Xəbər Lenti