Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 16 Jan 2024 19:41
Daşkənddə Türkiyə - Özbəkistan Müdafiə Sənayesi əməkdaşlığı üzrə ikinci iclas keçirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, iclas çərçivəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gürgön ilə Özbəkistan Müdafiə Nazirliyi Müdafiə Sənayesi Agentliyinin rəisi Mansur İbodullayev arasında görüş baş tutub.
Bundan əlavə, Türkiyənin “Aselsan” şirkəti və Özbəkistan Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə protokol imzalanıb.
