Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 16 Jan 2024 19:39
Ukraynanın dövlətçiliyi tezliklə sual altında qalacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluğa düçar olub və belə davam edərsə, tezliklə Ukraynanın dövlətçiliyi sual altında qalacaq.
Putin Kiyevin danışıqlardan imtina etməsini tənqid edib. O qeyd edib ki, əgər Ukrayna hakimiyyəti düzgün qərar versəydi, hər şey çoxdan bitərdi.