Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Azərbaycana təşəkkür edib

Tarix: 21 Nov 2023 11:12

Quldarlığa son qoyulduqdan sonra qadınlar yoxsulluğa düçar oldu.

APA xəbər verir ki, bunu Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Cindy Adela Pollux "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, qadınların gəlirləri və dövlətin onlara verdiyi dəstək ayaqda qalmağa imkan vermir.

"Onların vəziyyəti heç də yaxşı deyil. Qadınların səlahiyyətləndirilməməsi inkişafın qarşısında duranda əngəllərdən biridir. Qadınlar dekolonizasiyada mühim rol oynaya bilər. Bu səbəbdən onların səlahiyyətləndirilməsi vacibdir. Bizim fikrimizcə ölkənin inkişafı ləngiyirsə, bunun səbəbi Fransa müstəmləkəsidir. Azərbaycana təşəkkür edirik ki, Qoşulmama Hərəkatına çox gözəl sədrlik edir. Biz başqa ölkələrdən də kömək istəyirik”, - deyə o bildirib.

Xəbər Lenti