Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 00:04
Almaniya hökuməti Berlinin 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstərəcəyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi malla dəstək verəcək”, - bəyanatda deyilir.
Qeyd edək ki, xüsusi hərbi əməliyyat başlayandan Ukraynaya ayrılan yardımın həcminə görə ABŞ birinci, Almaniya isə ikinci yerdədir.