Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 07:31
Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 232 nəfərə çatıb.
Ən son məlumata görə, 1036 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 20 nəfər isə itkin düşüb.
Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da qeydə alınıb.