Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 10:10
Qırğızıstanın paytaxtı Bişkekdə təlim uçuşu keçirən Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
APA “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.
***
10:00
Qırğızıstanın paytaxtı Bişkekdə Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” öz mənbələrinə istinadən məlumat verib.
Qeyd olunur ki, hadisə şəhərin Dostuk mikrorayonunda baş verib.
Helikopterdə neçə nəfərin olduğu və onların vəziyyəti hələlik məlum deyil.