Çərşənbə, 4 Mart, 2026
Tarix: 12 Jan 2026 10:03
Yanvarın 16-da Baş prokuror Şirvanda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyev yanvarın 16-da, saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected]* elektron poçt ünvanı, həmçinin *prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X)* vasitəsilə də qəbula yazıla bilərlər.
Baş prokuror Kamran Əliyev Şirvan vətəndaş qəbulu