Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Tarix: 12 Jan 2026 09:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazir Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov bu vəzifəyə təyin edilib.

2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Günay Elşən əmək əhali sosial müdafiə nazirlik Dövlət Məşğulluq Agentliyi

Xəbər Lenti