Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 12:21
Ötən il Azərbaycandan Avropaya 12,8 mlrd. kubmetr qaz nəql edilib, bu da illik müqayisədə 0,8% azdır.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 9,6 mlrd. kubmetr (3% azalma) qaz Türkiyəyə (o cümlədən TANAP-la 5,6 mlrd. kubmetr, göstərici dəyişməyib) və 2,3 mlrd. kubmetr qaz Gürcüstana ixrac edilib (4,2% azalma).
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Suriyaya 0,5 mlrd. kubmetr qaz ixrac edib.
Emil İsmayılov Energetika Nazirliyi qazın ixracı Avropa Türkiyə Gürcüstan Suriya