Cümə axşamı, 26 Mart, 2026
Tarix: 17 Jan 2024 13:57
Binəqədi rayonunda yerləşən mebel salonunda baş verən partlayışla bağlı zəruri istintaq tədbirləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov Baş prokuror Kamran Əliyevin tapşırı ilə yenidən hadisə yerinə gedib.
E.Məmmədov axtarış işləri ilə tanış olub, istintaq hərəkətləri ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, rəsmi məlumata görə, partlayış nəticəsində həlak olan 9 nəfərin cəsədi dağıntılar atından çıxarılıb. Hazırda axtarış işləri davam edir.
Sail Ağasəlim