11 ayda ölkədə neçə nəfər ölüb?

Tarix: 17 Jan 2024 13:19

Ötən  ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.

Xəbər Lenti