Hərbçilərlə bağlı yeni qanun hazırlanacaq

Tarix: 17 Jan 2024 14:11

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.

Bildirilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə yeni qanunun layihəsini hazırlamalıdır.

Nizam Rza

Xəbər Lenti