KİV: İraq Kürdüstan regionunun Baş naziri Abdullahianla görüşünü ləğv edib

Tarix: 17 Jan 2024 14:16

İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşünü ləğv edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Mənbə bildirib ki, Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani İran qüvvələrinin (SEPAH) İraqın Ərbil şəhərinə raket zərbələri endirməsinə etiraz olaraq İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində İranın xarici işlər naziri Abdullahianla planlaşdırılmış görüşü ləğv edib.

Xatırladaq ki, İran 15 yanvarda İraqın Kürdüstan bölgəsinin paytaxtı Ərbilə ballistik raketlərlə zərbə endirib. İran tərəfi iddia edib ki, hədəf şəhərdəki İsrailə məxsus casus qərargahı olub, İraq və İraq Kürdüstan regionun rəsmiləri bu iddianı qəti şəkildə təkzib edib.

Zərbələr nəticəsində 4 şəxs həlak olub.

Xəbər Lenti