Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 14:15
Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası MTS qrupu daxilində Rusiyanın “Mobil Telesistemləri” tərəfindən "MTS Ermənistan" QSC-nin (Viva-MTS brendi) səhmlərinin 100%-ni Kiprdə offşorda yerləşən “Aramayo Investments Limited” şirkətindən satın alınması üçün müraciətinə rədd cavabı verib.
APA “İnterfaks”a istinadən bildirib ki, Ermənistan tərəfi sövdələşmədən imtina edib.
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi 2023-cü il dekabrın 27-də “dövlət maraqlarına əsaslanaraq” sövdələşmənin təsdiqinə qarşı çıxıb.