Ceyhun Bayramov Uqandaya işgüzar səfərə yola düşüb

Tarix: 17 Jan 2024 17:01

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, səfəri çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər Lenti