, 15 Ferval, 2026
Tarix: 13 Jan 2026 10:23
Cəlilabadda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Hərəkətdə olan motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarətlər alıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Cəlilabad yol qəzası motosiklet ambulans xəsarət