Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 19:11
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən Dünya İqtisadi Forumunda İslam İnqilabı Keşikçiləri Korpusunun Pakistanın Bəlucistan əyalətinə etdiyi hücumu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
“Biz Pakistan torpaqlarında iranlı terrorçuları hədəf alırdıq”, - deyə İran XİN rəsmisi vurğulayıb.
O qeyd edib ki, Pakistanın xarici işlər naziri ilə danışıb və İranın Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.