Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 13:18
Böyük Britaniyanın BBC telekanalı ABŞ Prezidenti Donald Trampın kanala qarşı qaldırdığı 10 milyard dollarlıq “şərəf və ləyaqətin müdafiəsi” iddiasının rədd edilməsi üçün məhkəməyə müraciət edib.
APA xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
BBC isə məhkəməyə təqdim etdiyi sənədlərdə bildirib ki, Florida ştatı məhkəməsinin qurum üzərində “şəxsi yurisdiksiyası” yoxdur və iddianın baxılması üçün seçilmiş yer “yanlışdır”. Korporasiya vurğulayıb ki, mübahisə predmeti olan sənədli film Florida ştatında nə istehsal olunub, nə də yayımlanıb. Eyni zamanda, filmin “BritBox” platformasında yerləşdirilməsi ilə bağlı Trampın iddialarının həqiqətə uyğun olmadığı qeyd edilib.
Bundan əlavə, BBC qeyd edir ki, Tramp sənədli filmin “qəsdli” niyyətlə yayımlandığını sübut edə bilməyib, halbuki bu iddianın sübut olunması vacibdir.
Qeyd edək ki, iddia 2025-ci ildə yayımlanan “Panorama” proqramının 2024-cü ilə aid epizodu ilə bağlıdır. Həmin buraxılışda Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəl etdiyi çıxışın redaktə olunaraq, guya hadisəni birbaşa təşviq edirmiş kimi təqdim edildiyi iddia olunur.
İlqar Xudiyev BBC Tramp məhkəmə iddiası