Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 20:38
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi ilə qəbul edib.
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə olunub.
Rusiya tərəfi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi əsasında üçtərəfli işin tez bir zamanda bərpa edilməsinin təcili zəruriliyini vurğulayıb.