Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 17 Jan 2024 22:35
Polşanın yeni hökuməti Ukrayna üçün sursat və hərbi texnika istehsalını artırmaq istəyir.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.
O qeyd edib ki, ölkə hakimiyyəti Kiyevə dəstəyə yeni gözlə baxır. “Daha çox döyüş sursatı və avadanlıq istehsal etmək üçün hansı imkanlarımız olduğunu, eləcə də anbarlarımızda hələ də nələrin olduğunu öyrənirik”, - deyə nazir bildirib.
Həmçinin o, əlavə edib ki, Varşavanın müttəfiqlərini Ukraynaya ediləcək yardımın müharibədə qalib gəlməsi şərtilə Rusiyanı cilovlamaqdan daha ucuz başa gələcəyinə inandırmağa çalışır.