Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 18 Jan 2024 00:36
ABŞ dövlər Departamentinin rəhbəri Antoni Blinkenin təyyarəsi oksingen sızıntısı səbəbilə qəza edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
O, Blinkenin təyyarəsinin qəzaya uğradığını, nəticədə amerikalı diplomatın Sürixdən uça bilmədiyini təsdiqləyib. Bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri Blinken üçün əlavə təyyarə göndərib.
Miller qeyd edib ki, təyyarənin sıradan çıxması dövlət katibinin rəsmi görüşlərinə təsir etməyib:
“O artıq Davosda bütün planlaşdırılan görüşləri reallaşdırıb. Nəzərədə tutulan saatdan gec də olsa, Blinkenin Vaşinqtona geri dönməsini gözləyirik”.