İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında saziş təsdiqlənib

Tarix: 21 Nov 2023 13:20

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş” təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərman 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.

Xəbər Lenti